29 Temmuz 2013 Pazartesi

E-ticarət bildiyiniz ticarətin internetə daşınmış halı, normal ticarətdə nə varsa eynisi 
E-Ticarətdə də var. Məsələn normal ticarətdə müştəriyə satdığınız məhsulun keyfiyyətindən nə qədər məsuliyyətlisinizsə E-Ticarətdə də eyni məsuliyyətə sahibsiniz.
Əgər hal-hazırda bir müəssisə sahibi deyilsinizsə ya da bir məhsul çıxarıb satmırsınızsa E-Ticarət etmək üçün işin ən başında satacağam məhsulu tapmanız lazım olacaq. İnternetdən satacaq məhsul çox nə də olsa milyonlarla insan var onların ehtiyacları var deyə düşünə bilərsiniz ancaq böyük saytlar sizin satacağınız məhsuldan hər ay yüzlərlə hətta minlərlə satdığı üçün sizin onlar ilə rəqabət etmək çox çətin olacaq.
Doğru məhsulları tapdıqdan sonra sıra E-Ticarət sistemini tapmağa gəlir, əgər bu işdə həqiqətən ciddisinizsə sizlərə icarə modeli ilə çalışan professional E-Ticarət sistemlərini tövsiyə edirəm. E-Ticarət sistemləri açacağınız sayt olduqca mühüm əhəmiyyət daşıyır, çünki saytda problemləri olmayan, müştərilərin alver etməsini asanlaşdıran, sizin asanca yönləndirə biləcəyiniz sistemlər olmalıdır.
Başlarda işə sınaq məqsədli başlamaq istəyənlər üçün isə Opencart, Magento və PrestaShop kimi xarici qaynaqlı pulsuz E-Ticarət sistemlərini istifadə edə bilərsiniz Qurulması olduqca asan ayrıca müxtəlif əlavələri mövcud olan, bunun yanında dəstək ala biləcəyiniz forumları da var. Bu sistemlər də dəstək təmin edən bir firma olmadığı üçün çıxan problemlərə həll çıxarmaq çətin ola bilər buna görə anlayan birilərindən kömək almağınızı tövsiyə edirəm.
E-ticarətdə məhsulunuza uyğun dizaynları olmaya bilər, buna görə bir də dizayn etdirməniz lazım olacaq. Məsələn oyuncaq satış saytı üçün gözəl bir dizayn etdirməniz lazımdır, çünki bu satışlarınızın ciddi nisbətdə artmasını təmin edə bilər. Ayrıca digər E-Ticarət saytlarından fərqli olmaq və müştərilərinizə xüsusi olduğunuzu hiss etdirməniz lazımdır.
Məhsulu tapdınız, saytınızı açdınız və dizaynı inteqrasiya etdiniz bundan sonra virtual pos şikayətin üçün bir şirkət qurmalı və faktura kəsəbiləcək bir təşkilat halına gəlməlisiniz. Virtual pos detallarını internetdə axtararaq tapa bilərsiniz, əgər müraciətiniz qəbul edilsə müəyəən icarə haqqı əsasında ( kargo) ilə razılaşacaq və satışlara başlayacaqsınız. Ümumiyyətlə bəhs etdiyim kimi çöldən göründüyü qədər asan deyil bütün bunlar
Hər birinizə bu işdə uğurlar arzulayıram

Salamlayıram Hər Birinizi.İlk öncə yeni məqaləmdə sizlərə ölkəmizin-Azərbaycanın Web dünyasındakı tutduğu mövqedən danışacağam.Buna E-Ticarət, Online İnternet Ödənişi, Online Reklam  və Online Oyun haqqında məlumat verəcəyəm
E-Ticarət
Azərbaycanda hal hazırkı vaxtda E-Ticarət sektorunun inkişaf etdiyini söyləmək hər halda çox çətindir. İndiyə qədər bir neçə müvəffəqiyyətsiz sınaq oldu və heç birisi tutmadı. Hələ də yeni cəhdlər çıxır, ancaq onların da vəziyyətini zaman göstərəcək.
Müqayisə etsək görərik ki, , bazara hakim bir eBay yoxdur. Yerli saytlar olmadığından sifarişlər də ölkə üçün xidmətə açıq əcnəbi mənbələrdən gəlir. Bunların içində qardaş Türkiyəyə aid saytlar da var. Ümumiyyətlə bazarın bu hissəsində böyük bir boşluq var və hələ də yeri doldurulmayıb
Online İnternet Ödənişi
E-Ticarətin ən böyük köməkçisi əlbəttə online ödəmə sistemləridir. Təəssüf ki,bunlardan ən böyüyü və tanınmışı olan PayPal Azərbaycanı dəstəkləmir. Bu da ən böyük sıxıntılarımızdan biridir. PayPal vasitəsilə qazanılmış pulları almağımız mümkün deyil. Amma ödəmə edə bilirik. Paypal ölkəmizdə istifadə ediləcəyi təqdirdə daha yaxşı şeylər etmək mümkün olacaqdır.
Ölkədə ən tez-tez istifadə olunan online ödəmə sistemlərindən biri Rusiya əsaslı WebMoney ödəmə sistemidir. 2010-cu ilin İyul ayından etibarən Azərbaycan banklarından biriylə (Bank Standard) razılaşdılar və pul transferini daha da rahatlaşdırdılar.
Yerli ödəmə sistemlerimiz də mövcuddur. Bunlar Goldenpay və Azericard-dır. Lakin inkişaf etmiş API sistemlərinə sahib olmadıqları üçün müstəqil olaraq rahat qeyd olub istifadə edilə bilmir. Sistemlərin daha da inkişaf etdirildiyi təqdirdə daha çox istifadəçi çəkmələri gözlənilir.
Online Reklam
İnternet saytları çox inkişaf etmədiyi halda, rəqəmsal reklamçılıq bir az daha qabaqda gözə çarpır. Təbii hələ də ənənəvi medianın olduqca çox gerisindədir. Böyük şirkətlər internet bazarına kiçik büdcələr ayırırlar.
Hələ də bazardakı internet reklamlarını böyük faizli klassik banner tipləri örtür və bəzi seqmentlər tərəfindən internet marketinqi olaraq da bu reklamlar aydın olur. Son bir ildə Rich media (expandable) və interaktiv tipli banner istifadəsi çoxalıbdır. Saytlarda standart olaraq kənar reklamlar istifadə edilir.
CPC tipli reklamlar ümumiyyətlə istifadə edilmir. CPM isə bəzi saytlarda istifadə edilir. Davranış əsaslı qiymət modelləri isə nə yazıq kı tətbiq edilmir
Online Oyun
Online oyun mövzusunda da hələlik kifayət edəcək qədər məlumat düzü yodur. Döyüş tipli xarici RPG oyunlar bir ara çox yayılmışdı. Xüsusilə Rus saytı Combats.com olduqca məşhurdur. Saytın trafikinin təxminən 24% Azərbaycanın payına düşür
İctimai şəbəkələrin həyatımıza daha çox girməsi və Facebookun həm də oyun platforması vəzifəsini də boynuna götürməsi sonra bu cür saytlara də maraq azaldı. Onsuz da qeyd etdiyim saytın də trafiki düşən trendlə irəliləyir. Kiçik diametrli sınaqları saymazsaq, yerli bir online oyun saytı yoxdur deyə bilərik.
Azərbaycan da internet bazarı hələ yolun başındadır. Kiçik bir ölkə olduğumuz üçün bəzi şeylər da yavaş irəli gedirik. Bunun yanında qlobal dəyişmələr də bizim bazarımıza əks olunur. İnşALLAH Azərbaycan internet bazarının zamanla böyüməsinə  ümid edir və inanıram.

Subscribe to RSS Feed Follow me on Twitter!